Gəncədə avtomobil ağaca çırpılıb

Gəncədə avtomobil ağaca çırpılıb
  05 Fevral 2014    Oxunub:1030
Gəncədə avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb
Bu gün Gəncədə axşam saatlarında yol qəzası baş verib.

AzVision.az Kəpəz TV-yə istinadən məlumat verir ki, şəhər sakini 1990-cı il təvəllüdlü Hikmət Əliyev idarə etdiyi avtomobili yol kənarındakı ağaca çırpıb. Qəza nəticəsində sürücü H.Əliyev döş qəfəsindən aldığı xəsarətlə hadisə yerinə çağırılmış təcili tibbi yardım maşını ilə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə aparılıb.
Xəstəxanadan verilən məlumata görə, xəsarət alan sürücünün vəziyyəti stabildir.


Teqlər:





Xəbər lenti