Türkiyədə azərbaycanlılar üçün xəstəxana tikilir

Türkiyədə azərbaycanlılar üçün xəstəxana tikilir
  05 Fevral 2014    Oxunub:1340
Türkiyədə azərbaycanlı və eləcə də qonşu ölkələrdən gələn xəstələr üçün yeni xəstəxana tikilir.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Cəmiyyət Xəstəxanaları Birliyinin baş katibi Mütəxəssis doktor Bülent Kaya məlumat verib.

O, bildirib ki, Türkiyənin Iğdır şəhərində tikilən xəstəxana əsasən qonşu ölkələrə xidmət edəcək.

43 milyon lirəyə başa gələn xəstəxana 256 yataqdan ibarət olacaq. Xəstəxananın tikintisinə 2012-ci ildən başlanılıb və bu ilin mart ayında təhvil verilməsi gözlənilir.

B.Kaya bildirib ki, Türkiyəyə daha çox azərbaycanlı xəstələr müalicə üçün üz tutur. O, qeyd edib ki, Iğdır bölgəsi də Azərbaycanla sərhəddə yerləşdiyi üçün xəstələrin daha rahat Türkiyədə müalicə almasına şərait yaradacaq.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti