Kəlbəcər girovları azad ediləcək?

Kəlbəcər girovları azad ediləcək?
  10 Noyabr 2020    Oxunub:3233
Dövlət başçısı xalqa müaciəti zamanı əsir və girovların dəyişdirilməsi məsələsindən söz açdı. İnanıram ki, tezliklə atam Dilqəm Əsgərov girovluqdan azad olunacaq.
Bu barədə Azvision.az -a açıqlamasında girovun oğlu Kürdoğlu Əsgərov bildirib.

“Prezidentin qələbə xəbərini xalqla bölüşməyinə şad oldum. Bu qələbəni bizə yaşatdığı üçün Ali Baş Komandana və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm. İnşallah yaxın zamanlarda üçrəngli bayrağımız Azərbaycanın bütün işğaldan azad olunmuş rayonlarında dalğalanacaq, atam Dilqəm Əsgərov da erməni girovluğundan azad ediləcək. Azərbaycan dövlətinə, Ali Baş Komandana inanıram, güvənirəm. Biz yaxın günlərdə bu şad xəbəri alacağımıza əminik”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Dilqəm-Əsgərov   Girov  





Xəbər lenti