Minik maşını qatarla toqquşdu

Minik maşını qatarla toqquşdu
  07 Fevral 2014    Oxunub:1233
AzVision.az Regional TV-yə istinadən bildirir ki, bu gün saat 11:50-də Xaçmaz rayonu, Nərəcan kəndi ərazisində, dəmiryolu keçidində qəza baş verib.

10-CV-213 dövlət nömrə nişanlı “VAZ 21 07” markalı avtomobil Bakı istiqamətində hərəkətdə olan yük qatarının qarşısına çıxıb. Hadisə zamanı “VAZ 2107” relslərdən 5-6 metr kənara düşüb.

Qəza vaxtı maşında olan iki nəfər, sürücü, Mançaroba kənd sakini, 38 yaşlıVəlirza Ağamirzəyev və sərnişin, Uzunoba kənd sakini Elşad Hacıyevmüxtəlif bədən xəsarətləri alıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gəliblər. Fakt araşdırılır.


Teqlər:





Xəbər lenti