140 milyon qadın sünnət edilib - AÇIQLAMA

140 milyon qadın sünnət edilib - AÇIQLAMA
  07 Fevral 2014    Oxunub:1332
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)dünyada sünnət olunmuş qızların, qadınların sayını açıqlayıb. Təşkilatın hesablamalarına görə, 100- 140 milyon azyaşlı qız və qadınlar sünnət olunub. AzVision.az bu barədə Guardian-a istinadən məlumat verir. Birləşmiş Millətlər Təşkilatı tərəfindən qadağa edilmiş “adət-ənənə” qurbanlarının bəzilərinin cinsiyyət üzvlərinin müəyyən hissəsi, bəzilərininki isə ümumiyyətlə kəsilib.

Qeyd edək ki, 2012-ci ildə BMT Baş Assambleyası qadın sünnətini insan haqlarının pozulması kimi tanıyıb. Ümüumdünya Səhiyyə Təşkilatına görə, bu təcrübə qadınlar və kişilər arasında hüquq bərabərsizliyinin göstəricisidir. Təşkilatdan həmçinin bildirilib ki, qadın sünnəti həm də uşaq hüquqlarının pozulması deməkdir, çünki bu “adət”in qurbanları əsasən azyaşlılar olur.

“ Bu təcrübə həmçinin insanların sağlamlıq, təhlükəsizlik, fiziki toxunulmazıq, işgəncə və şəxsiyyətin alçaldılmasından azadlıq hüquqlarını pozur”-deyə ÜST-ün bəyanatında bildirilir. Həkimlərin sözlərinə görə, sünnət əksər hallarda ölümlə nəticələnir, eləcə də cinsi-sidik sisteminin pozulmasına və hətta sonsuzluğa yol açır.

Ümumdünya Səhiyyə təşkilatının məlumatına görə, qadın sünnəti dünyanın 29 ölkəsində daha çox yayılıb. Məsələn, Somalidə 98% qadınlar sünnət olunub. Bu göstərici Qvineyada 96%, Cibutidə 93%-ə bərabərdir, Eritre və Malidə 89%, Syerra-Leon və Sudanda 88%-dir.

Bu adətin Misirdə geniş yayılnması ekspertlər üçün gözlənilməz olub. Belə ki, bu ölkədə qadınların 91%-i sünnət olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti