Nazirlik fermerlərə xəbərdarlıq etdi

Bunun üçün satılan məhsulun həcmi, məbləğini təsdiqləyən alqı-satqı müqaviləsini və qəbzləri tədarükçülər EKTİS-ə yükləməlidirlər.
Aqrar Kredit və İnkişaf Agentliyindən bildirilib ki, pambıq, şəkər çuğunduru və tütün istehsalçıları hansı tədarükçüyə və nə qədər məhsul satması barədə məlumatı özləri də EKTİS-ə daxil edirlər.
Lakin bu məlumatları mütləq tədarükçülər təsdiqləməli və ya özləri birbaşa sistemə daxil etməlidirlər. Əks halda, bu istehsalçılara məhsul subsidiyası hesablaya və ödəyə bilməyəcəyik.
Azvision.az
Teqlər: Fermer