Əlilliyi olan şəxslər özünüməşğulluq proqramına cəlb edilib

  19 Noyabr 2020    Oxunub : 1309
Əlilliyi olan şəxslər özünüməşğulluq proqramına cəlb edilib
Əlilliyi olan şəxslərin özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfat və müəssisələrinin qurulması işləri davam edir.
Nazirlikdən Azvision.az -a bildirilib ki, cari ilin ötən dövründə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 1600-dək əlilliyi olan şəxs həmin proqrama cəlb olunub.

Bu kateqoriyadan olan şəxslərin proqrama cəlb edilməsi prosesi hazırda da davam edir.

Qeyd edək ki, proqramla əhatə olunanlar həssas qruplardan biri olan əlilliyi olan şəxslərə üstünlük verilir. Onlar seçdikləri iqtisadi fəaliyyət növləri üzrə və biznes planlarına uyğun mal və materiallar formasında aktivlərlə təmin olunurlar.

Eyni zamanda, BMT İnkişaf Proqramı ilə birgə icra olunan “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi üzrə isə daha 500 nəfər əlilliyi olan şəxsin aktivlər verilməklə kiçik biznesi qurulur. BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondu ilə birgə Nazirliyin icra etdiyi layihənin əsas istqiamətlərindən biri kimi də əlilliyi olan şəxslərin özünüməşğulluğunun dəstklənməsi işləri aparılır.

Azvision.az

Teqlər: ƏƏSMN