"Ağdam yenidən gözəl şəhər olacaq" - Rusiyalı ekspert

 "Ağdam yenidən gözəl şəhər olacaq" -  Rusiyalı ekspert
  20 Noyabr 2020    Oxunub:2542
İşğaldan azad olunan Ağdam yenidən gözəl bir şəhər olacaq.
Azvision.az xəbər verir ki, bunu rusiyalı politoloq, beynəlxalq münaqişələr üzrə ekspert Yevgeni Mixaylov bildirib.

O, Ağdam şəhərinin azad edilməsi münasibətilə azərbaycanlıları təbrik edib:

“Biz işğalçlardan qalan çox sayda barbarlıqlar gördük. Onlar abidələri, məşhur Çay evini dağıdıblar. Hesab edirəm ki, hər şey yenidən bərpa ediləcək. Mən gənc olanda yaşadığım məhəllədə tikinti bölüyü var idi, orda Ağdamdan olan çoxlu azərbaycanlılar çalışırdı. Onlar həmişə bizi dadlı meyvələrə qonaq edirdilər. Onlar Ağdamdan danışırdılar. Mən ağdamlıları belə xatırlayram. Azərbaycanlıları təbrik edirəm. Ümid edirəm ki, Ağdam yenidən gözəl şəhərə çevriləcək".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ağdam  





Xəbər lenti