Azərbaycanda daha 3196 nəfər COVID-19-a yoluxdu

Azərbaycanda daha 3196 nəfər COVID-19-a yoluxdu
  22 Noyabr 2020    Oxunub:2236
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 3196 yoluxma faktı qeydə alınıb, 1598 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 93 min 94 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 63 min 841 nəfər müalicə olunaraq sağalıb, 1131 nəfər vəfat edib. Aktiv xəstə sayı 28 min 122 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 607 min 455 test aparılıb. Bugünkü test sayı isə 15 min 175-dir.



Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti