Gəncədə vəzifəli şəxsin oğlu bıçaqlandı

  08 Fevral 2014    Oxunub : 448
Gəncədə vəzifəli şəxsin oğlu bıçaqlandı
AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə sakini Həsənov İlqar Namiq oğlu ağır vəziyyətdə xəstəxanaya daxil olub. Daxil olarkən onun üzərində iki bıçaq yarası aşakarlanıb. Əməliyyat olunub, hər iki yara tikilib. Xəstə hal-hazırda reanimasiya şöbəsindədir.
İlqar Həsənovun kim tərəfindən bıçaqlandığı məlum deyil. Hazırda Gəncə şəhər Baş Polis İdarəsində bu istiqamətdə araşdırmalar aparılır.

Qeyd edək ki, zərərçəkənin atası Namiq Həsənov "Gəncə Avtovağzal" ASC-nin sədridir.

Teqlər: