Azərbaycan və İran XİN rəhbərləri danışıqlar apardı

  25 Noyabr 2020    Oxunub : 1512
Azərbaycan və İran XİN rəhbərləri danışıqlar apardı
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov videokonfrans formatında iranlı həmkarı Məhəmmdə Cavad Zəriflə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi "Tvitter" hesabında yazıb.

Diplomat qeyd edib ki, nazirlər İran-Azərbaycan ikitərəfli münasibətlərdəki son inkişafları və müharibədən sonrakı vəziyyəti müzakirə ediblər.

Konstruktiv və səmimi görüş təxminən bir saat davam edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: XİN   Nazir   Azərbaycan   İran