Azay Quliyev seçicilərlə videogörüş keçirib

  25 Noyabr 2020    Oxunub : 1427
Azay Quliyev seçicilərlə videogörüş keçirib
Bu gün deputat Azay Quliyev 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə növbəti videogörüşünü keçirib.
Videogörüşdə iştirak edən seçicilər pensiya təminatı, binaların istiliklə təmin olunması, kommunal, əlillik statusunun verilməsi və məşğulluq məsələləri ilə bağlı onları narahat edən problemlər haqqında deputata müraciətlərini çatdırıblar. Qaldırılan problemlərin bir qismi yerində həll edilib. Digər qismi ilə bağlı müvafiq izahat verilib. Mərkəzi və yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə aid olan məsələləri aidiyyəti qurumların videogörüşdə iştirak edən nümayəndələri qeydə alıb və onların araşdırılıb həll ediləcəyi bildirilib.

Deputat görüşdə qaldırılan məsələlərin həlli məsələsini nəzarətdə saxlayacağını deyib. Sonda seçicilər mütəmadi görüşlər keçirdiyinə və qaldırılan məsələlərin həllinə köməklik etdiyinə görə deputat Azay Quliyevə təşəkkürlərini bildiriblər.

Görüşdə Binəqədi bələdiyyəsinin sədri Mürsəl Əliyev, "Azəristiliktəchizat" ASC-nin Binəqədi rayon 3 saylı İstilik Sistemləri İstismar Sahəsinin rəisi Rövşən Tağıyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdiri Arzuman Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər.

Azvision.az

Teqlər: Azay-Quliyev