Mingəçevir bulvarında uçqun oldu - FOTO
AzVision.az-ın məlumatına görə, bu barədə Mingəçevirdən olan deputat Aydın Mirzəzadə xəbər verib.
Millət vəkilinin sözlərinə görə, hadisə zamanı 3 nəfər beton plitənin üzərinə olub:
`Hadisədən gec xəbər tutduğuma görə indilərdə Mingəçevir şəhər icra hakimiyyəti başçısının birinci müavini İlham müəllim İsmayılovla əlaqə saxladım və məlumatı dəqiqləşdirdim.
O bildirdi ki, piyada zolağının salındığı dəmir-beton plitələrdən biri bir anda çöküb. Həmin an təsadüfən onun üzərində olan üç nəfər metryarımlıq çökəyə düşsələr də heç bir xəsarət almayıblar. Hadisə yerinə gələn təcili yardım həkimləri onlarda heç bir zədə müşahidə etməyiblər və onlar sərbəst buraxılıb.
Hal-hazırda şəhərin rəhbərləri hadisə yerindədirlər. Həm indi, həm də sabahdan başlayaraq piyada istrahət yolu ciddi şəkildə yoxlanacaqdır`.