Bakı və Sumqayıtdan sığınacaqlar yığışdırıldı

Bakı və Sumqayıtdan sığınacaqlar yığışdırıldı
  10 Fevral 2014    Oxunub:1138
Ötən gündən etibarən Bakıda və Sumqayıt şəhərində salınan sığınacaqlar yığışdırılıb.
Bunu AzVision.az-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

Onun sözlərinə görə, dünəndən etibarən sığınacaqlar yığışdırılıb.

Qeyd edək ki, ölkə ərazisində qarlı-şaxtalı hava şəraitinin hökm sürməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının ayrı-ayrı rayonlarında və Sumqayıt şəhərində təşkil edilən müvəqqəti sığınacaqlar salınmışdı. 31 yanvar tarixindən etibarən təşkil edilən sığınacaqlardan istifadə edənlərin böyük qismi açıq havada səyyar işləyənlər və rayondan müvəqqəti olaraq Bakıya gələrək yenidən öz rayonuna qayıtmaqda çətinlik çəkənlər olublar.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti