Bakıda zəlzələ, insanlar təşvişə düşdü - YENİLƏNDİ

Bakıda zəlzələ, insanlar təşvişə düşdü - YENİLƏNDİ
  10 Fevral 2014    Oxunub:1488
Bir neçə dəqiqə bundan öncə paytaxt Bakıda zəlzələ olub.

AzVision.az-ın məlumatına görə, yeraltı təkanlar Bakı ilə yanaşı Sumqayıt, Masallı, Lənkəran, Şirvan, İsmayıllı, Şamaxı, Ağsu və digər rayonlarda da hiss olunub.

Zəlzələdən sonra paytaxt sakinləri arasında təşviş yaranıb. Dövlət idarələrinin işçiləri zəlzələdən sonra iş yerlərini tərk ediblər. Hətta yaşayış binalarının sakinləri də evlərindən çıxmalı olublar.

AMEA Respublika Seysmologiya Mərkəzindən AzVision.az-a verilən məlumata görə, yerli vaxtla saat 16:06:49 Saatlıdan 41km şimal-şərqdə Hacıqabul ərazisində ərazisində zəlzələ qeydə alınıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti