Mürəbbədən narkotik çıxdı

Mürəbbədən narkotik çıxdı
  11 Fevral 2014    Oxunub:1307
12 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müəssisədə cəza çəkən 1983-cü il təvəllüdlü, AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Hüseynov Anar Teymur oğlunun yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı - 1988-ci il təvəllüdlü Balakən rayon sakini Hüseynova Məftunə Əsildar qızının gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı 2 litrlik "Coca-Cola" qabında yerləşdirilmiş gilənar mürəbbəsinin içərisindən 20 ədəd sellofan bükülüdə xalis çəkisi 29,231 qram olan narkotik maddə - tiryək aşkar edilərək götürülüb.


Teqlər:





Xəbər lenti