Martda 10 gün iş olmayacaq

Martda 10 gün iş olmayacaq
  11 Fevral 2014    Oxunub:1211
Azərbaycan Respublikasının Nazirlər kabinetinin qərarına əsasən 2014-cü ildə martın 20, 21, 22, 23 və 24-ü ölkəmizdə Novruz Bayramı günü kimi qeyd olunacaq.

Martın 22-si və 23-ü şənbə-bazar günlərində düşdüyündən mart ayının 25 və 26-ı də ölkədə qeyri iş günü olacaq.

Həmçinin mart ayının 8-i Beynəlxalq qadınlar günü bayramı şənbə gününə təsadüf etdiyindən, martın 10-da qeyri iş günü olacaqdır.

Beləliklə Azərbaycanda gələn ay 10 günə qədər qeyri iş günü olacaq.



Teqlər:





Xəbər lenti