Mebel sexində yanğın söndürüldü

Mebel sexində yanğın söndürüldü
  12 Fevral 2014    Oxunub:936
Paytaxtın Binəqədi rayonunda ümumi sahəsi 300 kvadratmetr olan yumşaq mebel istehsalı sexində yanğın baş verib.
Hadisə nəticəsində sex 250 kvadratmetr sahədə, onun içərisində olan üç ədəd dəzgah və bir ədəd kompressor yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, əraziyə cəlb olunmuş yanğınsöndürənlər alovun qarşısını alıb, sexin qalan hissəsini və beş ədəd tikiş dəzgahını yanğından mühafizə ediblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Teqlər:





Xəbər lenti