Bakıda ticarət mərkəzi söküləcək

Bakıda ticarət mərkəzi söküləcək
  12 Fevral 2014    Oxunub:2439
“20” Yanvar metrostansiyasının yaxınlığında yerləşən “Velotrek” Ticarət Mərkəzi söküləcək. Bu barədə AzVision.az-a həmin ticarət mərkəzində fəaliyyət göstərən sahibkarlar məlumat veriblər.

Bildirilib ki, “Velotrek”in söküləcəyi ilə bağlı onlara xəbərdarlıq edilib.

Söküntünün nə zaman başlanacağı və eləcə də ticarət mərkəzinin yerində hansı obyektin tikiləcəyindən isə sahibkarlar məlumatsızdırlar.

Mağaza sahiblərinə kompensasiyanın ödənib-ödənməyəcəyi sual altındadır.

Qeyd edək ki, müşahidələrimiz zamanı “Velotrek” Ticarət Mərkəzinin yaxınlığında tikinti işlərinin başladığının şahidi olduq.

Anar RÜSTƏMOV


Teqlər:  





Xəbər lenti