Nobel prospekti bağlandı

Nobel prospekti bağlandı
  12 Fevral 2014    Oxunub:1078
Təmir işləri ilə əlaqədar Nobel prospektinin Ramiz Quliyev küçəsi ilə kəsişməsindən Zığ dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

"Azəryolservis" ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AzVision.az-a verilən məlumata əsasən, təmir işləri yaxın saatlarda yekunlaşacaq. Sürücülərə alternativ olaraq Babək və Gəncə prospektlərindən istifadə etmələri tövsiyə olunur.

AzVision.az


Teqlər:  





Xəbər lenti