“Facebook”a girən qadını daş-qalaq etdilər

 “Facebook”a girən qadını daş-qalaq etdilər
  12 Fevral 2014    Oxunub:1299
Suriyalı qadın “Facebook”a üzv olmaqda günahlandırılıb.
Suriyada təkfirçilər daha bir qadını “Facebook”a girdiyi üçün daş-qalaq edib. Onun günahı “Facebook”a üzv olmaq imiş.

AzVision.az-ın “raialyoum” xəbər agentliyinə istinadla verdiyi məlumata görə, hadisə ər-Riqqədə törədilib.

Bildirilib ki, əl-Riqqə şəhərində yaşayan Futum əl-Casim adlı gənc qadın ötən gecə ölümünə qədər daşqalaq edilib.

Məlumata əsasən, “İraq-Şamda İslam Dövləti” (DAİŞ) gənc qızı “facebook” sosial şəbəkəsinə üzv olduğu üçün edam edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti