Nobel prospekti açıldı

Nobel prospekti açıldı
  12 Fevral 2014    Oxunub:1069
Bakının mərkəzi prospektində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AzVision.az-a verilən məlumata görə, Nobel prospektinin Ramiz Quliyev küçəsi ilə kəsişməsindən Zığ dairəsi istiqamətində aparılan təmir işləri başa çatdığı üçün yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Qeyd edək ki, təmir işləri ilə əlaqədar Nobel prospektinin Ramiz Quliyev küçəsi ilə kəsişməsindən Zığ dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılmışdı.

"Azəryolservis" ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata əsasən, təmir işləri yaxın saatlarda yekunlaşacağı bildirilir, sürücülərə alternativ olaraq Babək və Gəncə prospektlərindən istifadə etmələri tövsiyə olunurdu.


Teqlər:  





Xəbər lenti