Amerikalı senatorlar türk qatilini tənqid etdi

Amerikalı senatorlar türk qatilini tənqid etdi
  13 Fevral 2014    Oxunub:1282
Nyu-Cersi ştatının üç qanunvericisi Qurgen Yanukyanın terror aktını “mənfur cinayət” adlandırdı.
“PaxTurcica” İnstitutunun verdiyi məlumata görə, Nyu-Cersi ştatının üç qanunvericisi (ştatın qanunvericilik orqanının hər iki palatasından – Senatdan və Assambleyadan) – senator Kristofer Konnors, ştat Assambleyasının üzvləri Brayan Rampf və Dayan Qouv Los-Ancelesdə türk diplomatların erməni terrorçusu Qurgen Yanukyan tərəfindən qətlə yetirilməsinin 41-ci ildönümü ilə əlaqədar ABŞ-ın azərbaycanlı və türk icmaları nümayəndələrinin məktublarına cavab olaraq bəyanat veriblər.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, bəyanatda deyilir: 41 il əvvəl Los-Ancelesdə iki türk diplomatının qətli ilə əlaqədar münaqişə “(etnik) nifrət zəminində cinayət” hadisələrindən biri olmuşdur. Qanunvericilər bu terror aktını “mənfur cinayət” adlandırmış və qətlə yetirilmiş türk diplomatlarının xatirəsini yad etdiklərinə görə azərbaycanlı və türk icmalarının üzvlərinə minnətdarlıqlarını bildirmişlər. Onlar ümidvar olduqlarını bildirmişlər ki, gələcəkdə terror aktlarının qarşısının alınması məqsədi ilə sülh, tolerantlıq və əmin-amanlıq bərqərar ediləcək.

Xatırladırıq ki, Qurgen Yanikyan 24 dekabr 1895-ci ildə Ərzurum şəhərində anadan olub. Birinci dünya müharibəsindən sonra ABŞ–a köçür, burada mühəndis kimi fəaliyyət göstərir, mühəndislik fəaliyyəti ilə yanaşı yazıçılıqla da məşğul olur.

Yanikyan ABŞ–da bir neçə roman nəşr etdirir. 27 yanvar 1973–cü ildə 77 yaşlı Qurgen Yanikyan Santa Barbara şəhərində yerləşən "Baltimor" otelində Türkiyənin Los-Ancelesdəki konsulu Məhməd Baydur və vitse-konsul Bahadur Demirə onda olan sultan Əbdülhəmidin portretini Türkiyəyə bağışlamaq bəhanəsi ilə görüş təyin edir. Diplomatlar otelə gəldikdə Yanikyan onda olan tapançadan atəş açaraq diplomatları qətlə yetirir. Məhkəməsi zamanı Yanikyan öz cinayəti barədə bunları deyib:

"Mən iki insanı yox iki pisliyi öldürmüşəm. Onlar mənim üçün adam deyildilər"

Həmin il məhkəmənin gərarı ilə Yanikyan ömürlük həbs cəzasına məhkum olunur. Lakin 1984-cü ildə səhhətindəki problemlərlə əlaqədar olaraq qatil Yanikyan həbsdən azad olunur, bir aydan sonra isə vəfat edir. O, Ermənistanda ən çox mədh olunan dırnaqarası qəhrəmanlardan biridir.


Teqlər:  





Xəbər lenti