Nazirin yaratdığı qrupa kimlər qoşula bilər?

Nazirin yaratdığı qrupa kimlər qoşula bilər?
  13 Fevral 2014    Oxunub:1277
“SABAH” qrupları 20 ali təhsil müəssisənin 15-nin bazasında, 8 ixtisas qrupunun 5-i üzrə ümumilikdə 15 min tələbəni əhatə edəcək. Bu qrupların yaradılmasında əsas məqsəd azərbaycanlı tələbələrin xarici ali məktəblərdəki tələbələrlə əməkdaşlığı, tədris proqramların təkmilləşdirilməsidir.
AzVision.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin aparıcı məsləhətçisi Sülhəddin Gözəlov deyib.

Onun sözlərinə görə, bu qruplara seçim göstəriciləri 61 baldan çox olan birinci kurs tələbələri iştirak edəcək.

“Bu üç mərhələdən ibarət olacaq birinci elektron qeydiyyat, ikinci imtahan prosesidir, sonuncu isə müsahibədir. İmtahanlar isə məntiq, xarici dil imtahanları veriləcək. Bu qruplarda təhsil alanlar bütün ixtisas fənnləri ilə yanaşı xairci dil, kompüter bilikləri və müasir tələblərə uyğun təcrübə keçəcəklər. Xarici ölkə universitetləri ilə mübadilə imkanı əldə edəcək. İşəgötürülənlərlə mütəmadi əlaqə imkanı veriləcək. Yerli müəllimlərlə yanaşı, xarici müəllimlər də bu qruplar üçün dərs keçəcək, xarici ekspertlər mühazirə deyəcəklər. Beynəlxalaq tədbirlərdə iştirak imkanı qazanacaqlar. Birinci kurds tələbələrinin 69 %, ali təhsil müəssiələrin 75%-ni əhatə edəcək. 21 ixtisasdan 14-ü üzrə təhsil almaq imkanıə yaradılacaq. Bu qruplarda birləşmə imkanı say baxımından tələbələrin sayına görə, Bakı Dövlət Universiteti, ən azı isə Mingəçevir Politexnik Universitetində birləşəcək”-deyə nazirlik rəsmisi bildirib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti