Sevgililər günündə hava necə olacaq?

Sevgililər günündə hava necə olacaq?
  13 Fevral 2014    Oxunub:1021
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 14-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, günün birinci yarısında az yağış ehtimalı var. Səhər və axşam saatlarında duman olacaq, mülayim cənub küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında fevralın 14-də havanın temperaturu gecə 2-5, gündüz 5-10 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın bölgələrində fevralın 14-də əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Əsasən şərq rayonlarında az yağıntı olacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq. Dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti gözlənilir.

Yaxın iki gün ərzində Abşeron yarımadasında hava şəraiti meteohəssas insanlar üçün əlverişlidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti