Bakına intihara cəhd: 9 mərtəbəli binanın başına çıxdı

Bakına intihara cəhd: 9 mərtəbəli binanın başına çıxdı
  13 Fevral 2014    Oxunub:1128
Fövqəladə Hallar Nazirliyi bir nəfərin intihara cəhd etməsi ilə bağlı məlumat yayıb.
AzVision.az qurumun saytına istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda 1 nəfər kişi intihara cəhd etmək məqsədilə binanın damına qalxıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, həmin şəxs özünü onikimərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindən atmaq niyyətindədir. Xilasedicilər intihar etmək istəyən şəxslə müvafiq psixoloji söhbətlər aparıblar. Aparılmış danışıqlar nəticəsində xilasedicilər tərəfindən intihara cəhdin qarşısı alınıb. İntihar etmək istəyən şəxs aidiyyəti üzrə təhvil verilib. Xilasetmə əməliyyatı saat 14:45-də başa çatıb.

Mirvari


Teqlər:  





Xəbər lenti