Polisə etiraz edən şəxs ağzını tikib- VIDEO

Polisə etiraz edən şəxs ağzını tikib- VIDEO
  14 Fevral 2014    Oxunub:1217
Səbəb isə bacısının onu döyməsilə bağlı polisin araşdırmasına narazılığı idi.
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, 3 uşaq atası, 37 yaşlı Azad Loğmanov ağzını sapla tikib. Səbəb isə bacısının onu döyməsilə bağlı polisin araşdırmasına narazılığı idi. Belə ki, Azad Loğmanov 2007-ci ildən öz sevdiyi ilə ailə qurduğuna görə ailəsi onunla dava-dalaşa başlayıb. Onu da deyim ki, bu xanım Loğmanovun ikinci həyat yoldaşı olub. Ailəsilə razılaşa bilməyən qəhrəmanımız əvvəlcə xanımı ilə kirayədə yaşamağa başlayıb. Amma sonradan ata evində haqqının olduğunu düşünüb öz evinə qayıdıb. Lakin bu illər ərzində dəfələrlə evdə bacısı ilə mübahisələri onunu kirayəyə çıxmasına və yenidən evə qayıtması ilə nəticələnib. Nəhayət bu dava-dalaşlara ötən il məhkəmə nöqtə qoyub. Şəki şəhər məhkəməsinin mübahisə ilə bağlı çıxardığı qərara əsasən evin bir otağı və aynəbəndi Azad Loğmanovla verilib. Bundan sonra da dava-dalaş səngiməyib. Və sonuncda mübahisə zamanı ailənin qızı Şamama xanım qardaşının başını yarıb. İş yenə də polisə düşüb. Zərər çəkənin dediyinə görə hətta işin gedişatı zamanı bunlardan rüşvət də istənilib.

Bütün bu baş verənlər Azadın əsəbiləşməsinə və etiraz olaraq ağzını tikməsi ilə nəticələnib. İndi 2 gündür ki, Azad Loğmanov bax beləcə ağzı bağlıdır. Nə yeyir, nə də içir. Təbii ki, məsələ ilə bağlı Şəki rayon polis idarəsinə də müraciət etdik. Qurumdan ANS-ə verilən məlumata görə Azad Loğmanov dediklərində tamamilə haqsızdır. Ondan heç bir pul tələb olunmayıb. Əslində əvvəlcə o bacısına xəsarət yetirib və 500 manat dəyərində cərimə olunub. Onun bu təşəbbüsünün səbəbi də yəqinki elə cəriməni ödəməkdən yayınmaqdır




Teqlər:





Xəbər lenti