Partlayan obyektin sahibi danışdı

Partlayan obyektin sahibi danışdı
  14 Fevral 2014    Oxunub:1215
“Partlayış “Kontekst” firması işçilərinin təmir zamanı yol verdikləri diqqətsizlik nəticəsində baş verib”.
AzVision.az xəbər verir ki, bu sözləri “Axar.az”a açıqlamasında Xətai rayonunda Müdafiə Sənayesi Nazirliyinin Radioquraşdırma Zavodunun yaxınlığındakı “Lukoil” yanacaqdoldurma məntəqəsinin müdiri Bahadur Hüseynov deyib. Onun sözlərinə görə, yanacaqdoldurma məntəqəsi 26 gündür ki, işləmirdi: “Bu gün 26 gündür ki, yanacaqdoldurma məntəqəsi işləmir. Burda əsaslı təmir işləri aparması üçün “Kontekst” firması ilə müqavilə imzalamışıq. Təmir işləri demək olar ki, başa çatmışdı. Hadisə benzin çənlərini təmizləmək üçün doldurulmuş suyun su nasosu ilə kənara vurulması nəticəsində baş verib. “Kontekst”in işçiləri nasosu quraşdırarkən diqqətsizliyə yol veriblər. Nasosun matoru işləyərkən qığılçım baş verib və yaxınlıqdakı qazla dolu olan çəndə partlayış olub”. B.Hüseynovun sözlərinə görə, ölən hər iki şəxs təmir işləri aparan "Konteks" firmasının işçiləridir.

Xatırladaq ki, bu gün Bakı şəhəri, Xətai rayonu Ramiz Quliyev küçəsində yerləşən təmirə dayanmış “Lukoil” yanacaq doldurma məntəqəsində partlayış baş verib. Nəticədə 2 nəfər - Şamxal Orucov və Həsrət İmamverdiyev ölüb, Turab Həşimov isə xəsarət alıb.


Teqlər:





Xəbər lenti