Lənkəranda ev partladı

Lənkəranda ev partladı
  15 Fevral 2014    Oxunub:1125
Hadisə 41 yaşlı Hüseynov İqbal İltifat oğluna məxsus evdə qeydə alınıb.
Bu gün Lənkəranda fərdi yaşayış evində partlayış olub.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, hadisə günorta saat 14:30 radələrində, şəhərin 21–ci məhəlləsi kimi tanınan Tofiq İsmayılov küçəsində, 41 yaşlı Hüseynov İqbal İltifat oğluna məxsus evdə qeydə alınıb.

Partlayışdan sonra evdə yanğın baş verib. Dərhal əraziyə Lənkəran yanğından mühafizə hissəsinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Ümumi sahəsi 200 kv/m olan evin, 30 kv/m–i, 1 otaq və tavan hissəsi yanıb. Digər otaqlar isə yanğınsöndürənlər tərəfindən söndürülüb. Baş verən hadisə zamanı evdə olan 32 yaşlı Hüseynova Aynur Elşad qızının halının pisləşdiyi bildirilir. Tibbi yardımdan gələn həkimlər ona lazımi yardım göstərərək, şok vəziyyətdən çıxardıblar.

Yanğının qaz sızması nəticəsində, partlayışdan yaranan alovdan olduğu bildirilsə də, yanğınsöndürənlər evdə hər hansı bir partlayışın olmadığını və yanğının hansı səbəbdən yarandığı araşdırmaların nəticəsindən asılı olaraq ictimaiyyətə açıqlanacağını deyiblər.

Hazırda araşdırmalar davam etdirilir.


Teqlər:





Xəbər lenti