`Aygün TV`nin direktoru danışdı
Məlumatda deyilir ki, "Aygün TV"nin fəaliyyəti araşdırılandan sonra «çoxsaylı çatışmazlıqlar və qanun pozuntuları aşkar edilib".
"Aygün TV"nin direktoru Nəzirxan Nuriyev Azadlıq Radiosuna bildirib ki, o, bu xəbəri çoxdan gözləyirmiş:
«Mənə dedilər ki, televiziyanı onlara satım, mən də satmadım. Nəticəsi də belə oldu. İndi rayona qayıdıram. Bundan sonra nə etmək lazım olduğu barədə düşünəcəyəm».
Xatırladaq ki, «Aygün TV»yə verilən xüsusi razılığın müddəti ötən il dekabrın 11-də bitib.
Teqlər: