Bakıda radikal dini kitablar müsadirə edilir

Bakıda radikal dini kitablar müsadirə edilir
  15 Fevral 2014    Oxunub:1399
Paytaxt ərazisindəki iki mağazadan qanunla qadağan olunmuş dini təyinatlı ədəbiyyat və elektron daşıyıcılar götürülüb.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Baş İctimai Təhlükəsizlik İdarəsi və Nərimanov RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kazımzadə küçəsində Ucar rayon sakini Revanur Albukayra məxsus mağazadan qanunla qadağan olunmuş 40 ədəd dini təyinatlı ədəbiyyat, habelə 10 ədəd CD və DVD disklər, N.Hacıyev küçəsində Oğuz rayon sakini Arzuman Piriyevə məxsus mağazadan isə 19 ədəd dini təyinatlı DVD aşkar edilərək götürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti