Namus cinayəti: bacı xəyanətinə 4 bıçaq

Namus cinayəti: bacı xəyanətinə 4 bıçaq
  15 Fevral 2014    Oxunub:1426
Bacının əməli qardaşı cinayətə təşviq etdi.
AzVision.az Kəpəz TV-yə istinadən məlumat verir ki, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları əməliyyat axtarış tədbirləri nəticəsində 13 fevral 2014-cü ildə Etibar Əliyevi bıçaqlayan şəxsi saxlayıblar. Bu, Gəncə şəhər sakini Məmmədhəsən Həsənovdur. O, Etibar Əliyevi bacısı Aygün Həsənova ilə aralarında olan münasibətə görə bıçaqlayıb.

Belə ki, M.Həsənov bacısına E.Əliyevə zəng vuraraq 5-ci mikrorayon ərazisinə çağırmağı tələb edib. E.Əliyev həmin əraziyə gələndə isə ona 4 bıçaq zərbəsi endirib.

Qeyd edək ki, E.Əliyev və A.Həsənova hər ikisi ailəlidir.


Teqlər:





Xəbər lenti