`Niva` aşdı- sərnişin öldü

`Niva` aşdı- sərnişin öldü
  16 Fevral 2014    Oxunub:3344
Qəbələdə və Biləsuvarda qəza – 2 ölü.
Qəbələ rayonunun ərazisində Bakı şəhər sakini Ramil Mollayevin idarə etdiyi “Niva” markalı avtomobil aşıb. Nəticədə avtomobildə olan sərnişin, Göyçay rayon sakini Rəvan Rzayev hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib.

Biləsuvar rayonunun ərazisində isə Cəbrayıl rayon sakini Namiq Mirzəyevin idarə etdiyi “Tavriya” və Beyləqan rayon sakini Faiq Quliyevin idarə etdiyi “İveco” markalı avtomobillər toqquşub.

N.Mirzəyev və avtomobilində olan sərnişinlər, həmyerliləri Ərkinaz Quliyeva, Müşfiq Rüstəmov xəstəxanaya yerləşdiriliblər. Ə.Quliyeva oradaca dünyasını dəyişib.

AzVision.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, hər iki faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Teqlər:





Xəbər lenti