Ötən il oğurluq etdi, indi tutuldu

Ötən il oğurluq etdi, indi tutuldu
  16 Fevral 2014    Oxunub:1546
Ötən ilin oktyabrında iki evdən oğurluq etmiş Şərur rayon sakini tutulub.
Ötən il oktyabrın 3-də Binəqədi rayonunun ərazisində Saleh Məmmədovun evindən 7000 manat pul və qızıl əşyalar, Nəzakət Zeynalovanın evindən isə kompyuter oğurlamış Şərur rayon sakini Əvəz Məmmədov Binəqədi Rayon Polis İdarəsinin 6-cı bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları fevralın 13-də Murad Haşumovun evindən 200 metr elektrik naqili və məişət əşyaları oğurlamış Babək rayon sakini Əkbər Hüseynovu yaxalayıblar.

Fevralın 4-də Natiq Məmmədovun mobil telefonunu soyğunçuluq yolu ilə əlindən almış Bakı şəhər sakini, əvvəllər məhkum olunan İlkin Hacıyev isə Suraxanı Rayon Polis İdarəsinin 33-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur. Ondan 0,189 qram heroin götürülüb.

AzVision.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, faktlarla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Teqlər:





Xəbər lenti