Sabah hava dəyişkən buludlu olacaq

  16 Fevral 2014    Oxunub : 654
 Sabah hava dəyişkən buludlu olacaq
Fevralın 17-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli az yağış yağacağı ehtimalı vardır.Temperaturun gecə 2-4° isti, gündüz 6-11° isti olacağı gözlənilir. Bakıda gecə 2-4° isti, gündüz 9-11° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın gecə və səhər yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 0-5° şaxta, dağlıq ərazilərdə 9° şaxta, gündüz 8-13° isti olacağı ehtimalı var.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, KəlbəcərDaşkəsən-Gədəbəy rayonlarında havanın gecə və səhər yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, FüzuliCəbrayıl rayonlarında havanın əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı vardır. Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, XaçmazQusar rayonlarında havanın bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı vardır. Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 5-10° şaxta, gündüz 0-5° isti olacağı ehtimalı var.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, SalyanNeftçala rayonlarında havanın bəzi yerlərdə yağıntılı olacağı, yağıntının gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı vardır. Temperaturun gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, LənkəranAstara rayonlarında Havanın bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Temperaturun gecə 2-5° isti, gündüz 8-12° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı ehtimalı vardır.

Teqlər: