Yüksək sürət Lənkəran sakininin həyatına son qoydu

Yüksək sürət Lənkəran sakininin həyatına son qoydu
  17 Fevral 2014    Oxunub:1369
Lənkəranda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.
AzVision.az APA- ya istinadən xəbər verir ki, hadisə fevralın 16-da saat 16.30 radələrində rayonun Şıxəkəran kəndi ərazisində qeydə alınıb. Astara şəhər sakini, 1988-ci il təvəllüdlü Araz İbrahim oğlu Novruzlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Astara istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, rayonun Şıxəkəran kənd sakini, 1936-cı il təvəllüdlü Məmmədağa Xudabaxış oğlu Əliyevi vurub. M.Əliyev aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.

İlkin versiya kimi hadisənin sürücünün avtomobili yüksək sürətlə idarə etməsi səbəbindən baş verdiyi bildirilr.

Hadisəni törətmiş sürücü saxlanılıb. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.


Teqlər:





Xəbər lenti