Lənkəranda məcburi müayinə başladı - VİDEO

Lənkəranda məcburi müayinə başladı - VİDEO
  18 Fevral 2014    Oxunub:1421
AzVision.az CTV-yə istinadən xəbər verir ki, bu gün Lənkəranda ölkə başçısının tapşırığına əsasən əhalinin pulsuz dispanserizasiyasına start verilib. Müayinələrin may ayının 1-nə kimi davam etdirilməsi planlaşdırılır.
Əhalinin icbari müayinəsi Lənkəran rayon Mərkəzi xəstəxanası və Müalicə Diaqnostika Mərkəzində aparılır. Müayinələr 18 yaşından yuxarı vətəndaşları əhatə edir. Lənkəran rayonunda müayinələrin tam şəffaf keçirilməsi üçün 8 həkim birqadası, bütün iş günü səhər saat 09-00 dan axşam saat 18-00 qədər əhaliyə xidmət göstərəcək. Kənd və qəsəbələrdə isə əhali həkim məntəqələrində müayinədən keçəcək. Əgər müalicəsi mümkün olmayan xəstəlik aşkarlanarsa, həmin xəstələr ətraflı müayinə və müalicə üçün paytaxta göndəriləcək.

Sakinlər isə pulsuz müayinələrin aparılmasından razılıqlarını bildirdilər. Qeyd edək ki, əhalinin tibbi müayinədən keçiriləməsi ölkə başçısının birbaşa tapşırığı ilə aparılır və bütün ölkə ərazisini əhatə edir. Gələcəkdə əhalinin icbari dispanserizasiyasının ildə 2 dəfə aparılması nəzərdə tutulub.




Teqlər:  





Xəbər lenti