Bakıda “Opel” və “Mercedes” toqquşub - FOTO

Bakıda “Opel” və “Mercedes” toqquşub - FOTO
  18 Fevral 2014    Oxunub:1421
Bakının Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində sürücünün ara məsafəsini gözləməməsi qəzaya səbəb olub.
ⅦSözügedən küçədən "Nərimanov" metro stansiyası istiqamətində hərəkət edən "99 FU 937" dövlət nömrə nişanlı "Opel Astra" "90 NV 899" nömrəli "Mercedes Benz"i arxadan vurub. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə Dövlət Yol Polisinin Nərimanov Rayon Şöbəsinin əməkdaşları gəlib. İlkin araşdırmalara görə, qəzaya səbəb "Opel Astra" markalı avtomobilin sürücüsünün ara məsafəsini gözləməməsi olub.

Faktla bağlı Dövlət Yol Polisinin Nərimanov Rayon Şöbəsində araşdırma aparılır.

APA


Teqlər:  





Xəbər lenti