Bu il də Həcc ziyarətinə avtobus reysi olmayacaq

Bu il də Həcc ziyarətinə avtobus reysi olmayacaq
  18 Fevral 2014    Oxunub:1202
“Bu il həcc ziyarəti ilə bağlı bütün şərtlər ötən ilki kimi qalıb. Qiymətlər dəyişməyib. Xidmətlər haqqında da məlumat yaymışıq. Qiymətlərdə dəyişiklik olmasa da xidmətlərin yüksək səviyyədə olması üçün bu ziyarətin təşkilatçısı olan idarə kimi əlimizdən gələni əsirgəməyəcəyik”.

Bunu AzVision.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib. O vurğulayıb ki, ziyarət vaxtı başa çatana qədər əlavə dəyişikliklər olarsa, bu barədə məlumat yayılacaq:

“Avtobus reyslərinə gəlincə isə bu il də avtobus olmayacaq. Nə qədər ki, avtobusla gedən zəvvarlarımızın təhlükəsizliyini təmin edə bilmirik, ona qədər də avtobusla ziyarət olmayacaq”.

Azərbaycan üçün nə qədər yer ayrıldığı ilə bağlı isə Rəhimə Dadaşova bildirib ki, kvota məsələsi Allahşükür Paşazadənin Səudiyyə Ərəbistanına səfərindən sonra məlum olacaq.

“Hələ dəqiq günü məlum deyil, mart ayı ərzində Səuddiyyə Ərəbistanına səfər olacaq. Səudiyyə Ərəbistanının Həcc Nazirliyi ilə müvafiq protokol imzalanıb və artıq o rəqəm fiksə olunacaq”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti