DİN-in mətbuat xidmətindən
Azvision.az -a verilən məlumata görə, Baş İdarə əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş A.Babayev Nərimanov rayonu ərazisində saxlanılıb. Axtarış zamanı ondan 20 qramdan artıq heroin aşkarlanıb.
Davam etdirilən tədbirlər nəticəsində həmin şəxsin mənzilindən 1 kiloqram 780 qram heroin, 560 qram metamfetamin və narkotik vasitələrin satışından əldə edilmiş pulların yükləndiyi iki bank kartı götürülüb.
Azvision.az