“Dəymiş ziyan barədə rəqəm demək çətindir” - Nazir müavini

 “Dəymiş ziyan barədə rəqəm demək çətindir” -    Nazir müavini
  29 Yanvar 2021    Oxunub:3567
İşğaldan azad edilən ərazilərdə harada imkan varsa, ilkin qiymətləndirmə işlərinə başlanılıb. Növbəti dövrlərdə bu qiymətləndirməyə beynəlxalq ekspertlərin də cəlb olunması nəzərdə tutulur.
Azvision.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

O bildirib ki, beynəlxalq mütəxəssislərin dəvət olunmasına səbəb çıxarılan nəticələrin növbəti instansiyalarda birtərəfli qeydə alınmaması üçündür:

“Dəymiş ziyan böyükdür, hələlik bu barədə rəqəm demək çətindir. Bizim 3 qurumumuz işğaldan azad edilən Daşaltı yasaqlığı, Arazboyu yasaqlıq və Bəsitçay dövlət təbiət qoruğunda dəymiş ziyanın qiymətləndirilməsini aparır və aidiyyatı dövlət qurumlarına məlumat veriləcək”.

V.Kərimov qeyd edib ki, 2 min il yaşı olan Şərq çinarlarının məhv edilməsi ermənilərin ekoloji terror aktıdır: “Biz bununla bağlı dəfələrlə beynəlxalq təşkilatlara müraciət etmişik”.

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN   Nazir-müavini  





Xəbər lenti