“Uşaqlar üçün xüsusi çarpayılar ayrılmayıb” - FHN təkzib etdi

 “Uşaqlar üçün xüsusi çarpayılar ayrılmayıb” -    FHN təkzib etdi
  01 Fevral 2021    Oxunub:2776
Son günlər bəzi sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Bakı şəhərinin Zığ qəsəbəsində yerləşən koronaviruslu (COVID-19) xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalında koronavirus infeksiyasına yoluxmuş uşaqlar üçün xüsusi çarpayıların yerləşdirilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır.
FHN-in Mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, bu məlumat yalandır.

"Fövqəladə Hallar Nazirliyi bu məlumatları qəti şəkildə təkzib edir. Nazirlik kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatları yaymamağa çağırır. İctimaiyyətdən isə yalnız rəsmi məlumatlara etibar etməyi xahiş edirik", - deyə FHN-in açıqlamasında qeyd olunub.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: FHN   Məlumat  





Xəbər lenti