31 cinayətin üstü “isti izlər”lə açılıb

31 cinayətin üstü “isti izlər”lə açılıb
  01 Fevral 2021    Oxunub:1992
Daxili İşlər Nazirliyi (DİN) yanvarın 31-də daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 31 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış üç cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə yeddi nəfər, o cümlədən borclu şəxs qismində axtarılan iki nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı iki fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti