Şamaxı sakinindən silah götürüldü

Şamaxı sakinindən silah götürüldü
  01 Fevral 2021    Oxunub:2490
Şamaxı rayonunda qanunsuz silah-sursat saxlanmasına qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, əməliyyatı Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Qızmeydan kənd sakini S.Sədullayevdən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi və 19 ədəd patron aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti