421 ədəd mina zərərsizləşdirilib

 421 ədəd mina zərərsizləşdirilib
  02 Fevral 2021    Oxunub:1982
30 Yanvar - 1 fevral tarixlərində Azərbaycan Minatəmizləmə Agentliyinə Ağcabədi, Füzuli, Goranboy, Tərtər, Xocavənd rayonları, Gəncə və Şuşa şəhərləri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 13 (on üç) müraciət daxil olub.
Agentlikdən Azvision.az -a bildirilib ki, daxil olmuş 13 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 15 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

ANAMA Vyetnamla əməkdaşlığı müzakirə edib - FOTOLAR
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 199 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd piyada əleyhinə mina, 1 ədəd tank əleyhinə mina, 2 782 ədəd müxtəlif çaplı patronlar, 8 ədəd detonator və 9 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 14 483 931 kv.m (1 448 ha) ərazi yoxlanılmış, 119 km-dən çox yol mina və partlamamış hərbi sursatlardan təmizlənib, 296 tikili yoxlanılıb.

Agentliyin partlayış qrupu tərəfindən 231 ədəd partlamamış hərbi sursat (PHS) və 421 ədəd mina zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 97 398 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Azvision.az


Teqlər: ANAMA   Mina   Mərmi  





Xəbər lenti