Qazi ailəsinin maddi təminatına kömək göstərilir

Qazi ailəsinin maddi təminatına kömək göstərilir
  02 Fevral 2021    Oxunub:1886
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən müharibəsində yaralanmış, hazırda xəstəxanada müalicə olunan Məmmədov Əlibəy Akif oğlunun ailəsində olublar.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Zaqatala rayonu, Çobankol kəndində yaşayan ailənin sosial vəziyyəti öyrənilib, göstəriləcək dəstək tədbirləri müəyyən olunub. Valideynlərindən hər ikisi əlilliyə görə aylıq pensiya ilə təmin olunan Ə.Məmədovun özünün də əlilliyi qiymətləndiriləcək. Əlillik dərəcəsi təyin olunduğu halda ona birdəfəlik sığorta ödənişi və hər ay sosial ödənişlər veriləcək.

Qazinin həyat yoldaşının istəyinə uyğun olaraq, onun üçün özünüməşğulluq proqramı əsasında kiçik ailə təsərrüfatı qurulacaq. Adına olan torpaq sahəsinə dair çıxarışı aldıqdan sonra ailənin ünvanlı dövlət sosial yardımı ilə bağlı müraciət etməsinə də köməklik göstəriləcək.

Ailəyə yaxın günlərdə birdəfəlik maddi yardım verilməsi də qərara alınıb.

Azvision.az




Teqlər: Qazi   Ailə  





Xəbər lenti