Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional qrupundan
Azvision.az -a verilən məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayon ərazisində yerləşən kompyuter oyunları zalının xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən edilib.
Qayda pozuntusuna yol vermiş 20 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.
Azvision.az