Özünü yandıran qadın xəstəlikdən əziyyət çəkirmiş
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Həyatına qəsd etmək istəyən Şəfiqə Quliyevanın yaxınları bildirdilər ki, o bir müddət imiş xəstəlikdən əziyyət çəkirmiş. Son zamanlar ağrıları artan ahıl yaşlı qadın sonda buna dözməyərək intihar etmək istəyib. Qadın özünü yandıran zaman evdə tək olub və onun fəryadına əvvəlcə qonşular çatıb.
Hazırda faktla bağlı Nəsimi rayon polis idarəsi və prokurorluğunun əməkdaşları tərəfindən araşdırmalar aparılır. Qadının dəqiq nə səbəbdən intihar etmək istəməsi isə araşdırmalardan sonra məlum olacaq.