Milli parklarda "Açıq qapı" günü keçirilib
“Seminarda köçəri quşların miqrasiya marşrutu üzərində yerləşən Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin əhəmiyyəti, nadir quş növlərinin mühafizəsi və quşların müşahidəsi turizminin (bird watching) inkişafı ilə bağlı müzakirələr aparılıb. Daha sonra iştirakçılar milli parkın “Qızılqaz gölü” marşrutunda su-bataqlıq quşlarını müşahidə edib”.
Xidmət rəsmisi bildirib ki, “açıq qapı” günləri Qızılağac və Ağgöl Milli Parklarında da keçirilib.
“Qeyd edək ki, su-bataqlıq ərazilərindən səmərəli istifadə edilməsi və qorunması məqsədilə 1971-ci il fevralın 2-də İranın Ramsar şəhərində su-bataqlıq əraziləri haqqında Konvensiya imzalanıb və həmin gündən etibarən 2 fevral tarixi “Ümumdünya Su-Bataqlıq Əraziləri günü” kimi qeyd olunur. Azərbaycanın Ağgöl və Qızılağac Milli Parkları mühüm su-bataqlıq əraziləri kimi Konvensiyanın “Ramsar Siyahısı”na daxil edilib”.
Azvision.az
Teqlər: ETSN