Gömrükçülər dərman preparatları aşkarlayıblar

Gömrükçülər dərman preparatları aşkarlayıblar
  03 Fevral 2021    Oxunub:2351
Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "DAF" markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a bildirilib ki, gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin salonunda, səsgücləndirici üçün nəzərdə tutulan yerin arxasındakı boşluqda gömrük nəzarətindən gizlədilən müxtəlif adda 1300 həb, 120 flakon dərman preparatı və 175 ədəd tibbi şam aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DGK  





Xəbər lenti